26 Oct
|
AzerTurkBank
|
India
26 Oct
AzerTurkBank
India
Təsvir
• Fiziki şəxslərə Bankın məhsul və xidmətləri üzrə yüksək səviyyəli xidmət göstərmək;
• Müştərilərin ehtiyaclarını müəyyən edərək uyğun bank məhsul və xidmətlərini aktiv şəkildə təklif etmək və satışını həyata keçirmək;
• Müəyyən edilmiş fərdi satış hədəflərinin icrasını təmin etmək;
• Kredit, depozit, ödəniş kartları və digər bank məhsullarının təqdimatını, satışını və rəsmiləşdirilməsini həyata keçirmək;
• Çarpaz satış imkanlarını müəyyən etmək və müştərilərə ehtiyaclarına uyğun əlavə bank məhsulları təklif etmək;
• Müştərilərə bank məhsullarının şərtləri, tarifləri, faiz dərəcələri, istifadə qaydaları, yeniliklər və kampaniyalar barədə dolğun məlumat vermək;
• Hesablar üzrə nağd və nağdsız əməliyyatların həyata keçirilməsi çərçivəsində müştərilərə xidmət göstərmək;
• Müştərilərdən tələb olunan sənədləri qəbul etmək, yoxlamaq və müvafiq prosedurlara uyğun olaraq aidiyyəti struktur bölmələrə yönləndirmək;
• Mövcud müştərilərlə münasibətləri inkişaf etdirmək və müştəri məmnuniyyətinin təmin olunmasına töhfə vermək; Tələblər
• Maliyyə, bank işi, iqtisadiyyat, biznesin idarə edilməsi, menecment, digər əlaqəli istiqamətlər üzrə ali təhsil;
• Azərbaycan dili səlis olmalı (xarici dil biliyi üstünlükdür);
• Satış sahəsində iş təcrübəsi arzuolunandır (aparıcı və baş satış məsləhətçisi vəzifəsinə iddia edən namizədlər üçün minimum 2 il təcrübə);
• Bank və ya maliyyə sektorunda satış təcrübəsi üstünlükdür;
• Aktiv satış, müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsulun təklif edilməsi bacarığı;
• Satış hədəfləri ilə işləmək və nəticəyönümlü yanaşma;
• Müştərilərlə effektiv və uzunmüddətli münasibətlər qurmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Məsuliyyətlilik, təşəbbüskarlıq və müştəriyönümlülük;
• MS Office proqramlarında işləmək bacarığı; Vakansiya haqqında Son tarix November 20, 2026 Paylaşılıb oktyabr 21, 2026 Vakansiya növü Tam ştat Təcrübə 1-2 il Vəzifə dərəcəsi Gənc mütəxəssis Təhsil Bakalavr Kateqoriya Maliyyə, Biznes və idarəetmə
📌 Şirvan filialında Satış məsləhətçisi (India)
🏢 AzerTurkBank
📍 India